Tək və cüt ədədlər

Tək ədədlər nəyə deyilir?

2-yə tam bölünməyən natural ədədlərə tək ədəd deyirik.

1, 3, 5, 7 və 9 tək natural ədədlərdir.

Eyni zamanda 1, 3, 5, 7 və 9 ilə bitən bütün natural ədədlər tək ədədlərdir.

Məsələn: 42347 ədədinin son rəqəmi 7 olduğu üçün 42347 ədədi tək ədəddir.

Tək ədədlər sonsuzdur.

Cüt ədədlər nəyə deyilir?

2-yə qalıqsız bölünən natural ədədlərə cüt ədədlər deyirik.

2, 4, 6 və 8 cüt natural ədədlərdir.

Eyni zamanda 0, 2, 4, 6 və 8 ilə bitən bütün natural ədədlər cüt ədədlərdir. (Məsələn 96785970 ədədinin son rəqəmi 0 olduğu üçün 96785970 ədədi cüt ədəddir.)

0 cüt ədəd deyil ancaq 0 ilə bitən bütün ədədlər cüt ədəddir.

Cüt ədədlər sonsuzdur.

İki tək ədədin cəmi cüt ədədirmi?

İki tək ədəd götürək.

1 və 3

Bunları toplayaq.

1+3=4. Cüt ədəd əldə etdik.

Demək ki, iki tək ədədin cəmi cüt ədəddir.

Qüvvət nədir?

Bir ədədin qüvvəti, həmin ədədin özünə təkrarlanaraq vurulmasıdır.

Məsələn

\(5^2=5∗5=25\)

\(2^3=2∗2∗2=8\)

Yuxarıdakı nümunələrdən tək ədədin qüvvətinin tək olduğunu görürük.

Eləcə də, cüt ədədin qüvvəti də cüt ədəddir.

Məsələn \(x^{54}\) ədədi tək ədəddirsə \(x\) də tək ədəddir deyirik və ya \(x^{13}\) ədədi cüt ədəddirsə \(x\) də cüt ədəddir deyirik.

"n-nin bütün natural qiymətlərində" nə deməkdir?

“n-in bütün natural qiymətlərində” ifadəsi o deməkdir ki, n tək də ola bilər, cüt də ola bilər.


Aşağıda bu mövzuya aid testlər edərək biliklərini möhkəmləndir

Tək və cüt ədədlər - 1 Tək və cüt ədədlər - 2 Bu dərsin video izahına bax

Bütün testlərə bax