Surəti məxrəcindən kiçik kəsrlərə düzgün kəsrlər deyirik.
-Surət nədir? məxrəc nədir?
\( \frac{3}{5} \) kəsrində surət 3-dür. Məxrəc isə 5-dir.
Məsələn: \( \frac{3}{5} \), \( \frac{1}{7} \) kəsrləri düzgün kəsrlərdir.
Düzgün kəsrlər hər zaman 1-dən kiçikdir.
Surəti məxrəcindən böyük və ya bərabər olan kəsrlərə düzgün olmayan kəsrlər deyirik.
Məsələn: \( \frac{5}{3} \), \( \frac{7}{2} \), \( \frac{8}{8} \) kəsrləri düzgün olmayan kəsrlərdir.
Düzgün olmayan kəsrlər hər zaman 1-dən böyükdür və ya 1-ə bərabərdir.
Aşağıda bu mövzuya aid testlər edərək biliklərini möhkəmləndir
Düzgün və düzgün olmayan kəsrlər - 1 Düzgün və düzgün olmayan kəsrlər - 2 Bu dərsin video izahına bax