Nisbət. Tənasüb. Faiz

Nisbət nədir?

Bölünməyə nisbət deyirik.

\(6:2=3\)

\(6\)-nın \(2\)-yə nisbəti \(3\)-dür.

Burada \(6\)-ya nisbətin əvvəlki həddi, \(2\)-yə isə sonrakı həddi deyirik

Tənasüb nədir?

İki nisbətin bərabərliyinə tənasüb deyilir

a:b=c:d

\( \frac{a}{b} = \frac{c}{d}\)

Burada a və d kənar hədlər, b və c orta hədlər adlanır.

Tənasübün əsas xassəsi nədir?

Tənasübdə kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir.

Məsələn \(6:2=9:3\)

Burada kənar hədlər \(6\) və \(3\)-dür.

Orta hədlər isə \(2\) və \(9\)-dur.

Tənasübün əsas xassəsinə görə \(6∗3=2*9\)

\(18\)=\(18\)


Aşağıda bu mövzuya aid testlər edərək biliklərini möhkəmləndir

Nisbət. Tənasüb. Tənasübün əsas xassəsi - 1 Nisbət. Tənasüb. Tənasübün əsas xassəsi - 2 Bu dərsin video izahına bax

Bütün testlərə bax