Rasional ədədlər

Natural ədədlər nəyə deyilir?

Sayma zamanı istifadə olunan ədədlərə natural ədədlər deyirik.

N = {\(1, 2, 3 ... , n, ...\)}

Natural ədədlər sonsuzdur.

Bütün natural ədədlər tam ədəddir.

Bütün natural ədədlər rasional ədəddir.

Bütün natural ədədlər həqiqi ədəddir.

Tam ədədlər nəyə deyilir?

Natural ədədlər, natural ədədlərin əksi olan ədədlər və sıfır tam ədədlərdir.

Z = {...\(-3, -2, -1, 0, 1, 2, 3\) ...}

Tam ədədlər sonsuzdur.

Bütün tam ədədlər rasional ədəddir.

Bütün tam ədədlər həqiqi ədəddir.

Natural ədədlərin əksi nə deməkdir bəs?

Mənfisi

Məsələn \(5\) həm natural ədəddir, həm də tam ədəddir. \(5\)-in əksi olan \(-5\) (mənfi beş) isə tam ədəddir.

Rasional ədədlər nəyə deyilir?

\( \frac{a}{b} \) şəklində göstərilə bilən bütün ədədlərə rasional ədədlər deyirik. Burada \(a\) tam ədəd, \(b\) isə natural ədəddir

Q = {\(...-3, \frac{-7}{11}, 0, 1, \frac{7}{3}, 5,3(76)...\)} rasional ədədlərdir.

Rasional ədədlər sonsuzdur.

Bütün natural və tam ədədlər rasional ədəddir.

Bütün rasional ədədlər həqiqi ədəddir.

Natural ədədlər, məsələn 5 niyə rasional ədəddir ki ay müəllim?

\( 5 = \frac{5}{1} \) şəklində göstərə bildiyimiz üçün əzizim, \(5\)-in məxrəci \(1\)-dir.


Aşağıda bu mövzuya aid testlər edərək biliklərini möhkəmləndir

Rasional ədədlər - 1 Rasional ədədlər - 2 Bu dərsin video izahına bax

Bütün testlərə bax