Birhədli və onun standart şəkli

Birhədli nəyə deyilir?

Ədəd, dəyişən və ya onların natural üstlü qüvvətlərinin hasilindən ibarət olan ifadəyə birhədli deyilir.

Məsələn: \(5\), \(0\), \(2ab\), \( \frac{3a}{2}\), \(m^7n^5\) ifadələri birhədlilərdir.

\(\frac{3a}{d}\), \(2ab-c\), \(m^7n^{-5}\) ifadələri birhədli deyil.

Üstü mənfi ədəd ya da kəsr olan dəyişənli ifadələr birhədlidirmi?

\(m^{1,7}n^{-5}\) və ya \(m^{2,3}n^{-5,2}\) ifadələri birhədli deyil. Çünki birhədlilərdə sadəcə natural üstlü qüvvətlər ola bilər.

Standart şəkildə olan birhədli nədir?

Birinci vuruğu ədəd olan və digər vuruqları müxtəlif dəyişənlər olan birhədlilər standard şəkildə olan birhədlilərdir.

Məsələn \(7m^2n^5k\) standart şəkildə olan birhədlidir.

\(7m^2n^5km\) standart şəkildə olmayan birhədlidir.

Əmsal nədir?

Standart şəkildə olan birhədlinin ədədi vuruğuna əmsal deyirik.

Məsələn \(7m^2n^5k\) birhədlisinin əmsalı \(7\)-dir.

abc birhədlisinin əmsalı nədir?

\(1\)-dir.

Qüvvət nədir?

Birhədlidə dəyişənlərin üstləri cəminə qüvvət deyirik.

Məsələn \(7m^2n^5k\) birhədlisinin qüvvəti \(2+5+1=8\)-dir.

Birhədlidə bəs dərəcə nədir?

Birhədlidə qüvvət və dərəcə eyni anlayışdır. Yəni ki, dəyişənlərin üstləri cəminə dərəcə deyirik.

Məsələn \(7m^2n^5k\) birhədlisinin dərəcəsi \(2+5+1=8\)-dir.

Başda dedik ki, yalnız ədədlər də, məsələn 5 də birhədlidir. Bu birhədlinin dərəcəsi nədir?

Sıfırdır

abc birhədlisinin dərəcəsi nədir?

\(1+1+1=3\)-dür.

Oxşar birhədlilər nəyə deyilir?

Yalnız əmsalı ilə fərqlənən birhədlilərə oxşar birhədlilər deyilir.

Məsələn \(3m^2n^5k\) və \(7m^2n^5k\) birhədliləri oxşar birhədlilərdir.

Əks birhədlilər nəyə deyilir?

Yalnız işarəsi ilə fərqlənən birhədlilərə əks birhədlilər deyilir.

Məsələn \(3m^2n^5k\) və (\(-3m^2n^5k\)) birhədliləri əks birhədlilərdir.


Aşağıda bu mövzuya aid testlər edərək biliklərini möhkəmləndir

Birhədlilər - 1 Birhədlilər - 2 Bu dərsin video izahına bax

Bütün testlərə bax